RU

Məktəbə hücum edən şagirdin ŞOK GÖRÜNTÜLƏRİ - FOTOLAR

Kahramanmaraşda orta məktəbdə 9 nəfərin ölümünə və 20 nəfərin yaralanmasına səbəb olan silahlı hücumu törədən İsa Aras Mersinlinin yeni görüntülər ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, şəkillərin birində Mersinli atasına aid olduğu güman edilən polis papağı ilə poz verir. Digər görüntüdə isə o, iki fərqli silahla görünür. İddia edilir ki, bu silahlar atasının "Maraşda bir qutuda kilidli saxlanıldığı" deyilən ləvazimatlardır.

Qeyd edək ki, aprelin 15-də Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbində 8-ci sinif şagirdi ətrafa odlu silahdan atəş açıb. Hadisə nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

 Daha sonra hücumu törədən şəxs ölü tapılıb.

Murad Məmmədli

Избранный
19
1
bakivaxti.az

2Источники