RU

Azərbaycanda da siqaret tam qadağan ediləcək? – Deputat açıqladı

Dünyada tütünlə mübarizə tədbirləri getdikcə sərtləşdirilir. Artıq Türkiyədə də siqaretin tam qadağan edilməsinə dair qanun layihəsi hazırlanıb. Belə ki, layihəyə əsasən, 2040-cı ilə qədər siqaret və digər tütün məhsullarından mərhələli şəkildə imtina nəzərdə tutulur. Qaydaların pozulmasına görə 1 milyondan 10 milyon lirəyə (38-380 min manat) qədər ciddi cərimələrin tətbiqi planlaşdırılır. Bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir.

Ölkəmizdə də siqaretdən istifadə tam qadağan edilə bilərmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Azərbaycanda siqaretin tam qadağan edilməsi nəzərdə tutulmur:

“Çünki bu addım tütün istehsalına mənfi təsir göstərə bilər. Dövlət müəyyən dərəcədə tütün istehsalını stimullaşdırır və bəzi bölgələr bu sahədə ixtisaslaşıb. Həmin məhsulların ixrac potensialı da mövcuddur. Düzdür, həm tütün, həm də spirtli içkilər sağlamlıq üçün zərərlidir. Buna baxmayaraq, bəzi ölkələrdə bu məhsullara tələbat olduğu üçün dövlət bu sahədən tam imtina etməyi məqsədəuyğun hesab etmir”.

Избранный
2
1
editor.az

2Источники