RU

28-ci tur başlayır: Avrokubok uğrunda gərgin duel

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Əvvəlcə, “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la qarşılaşacaq. Daha sonra turun iki mərkəzi qarşılaşmasından biri baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Neftçi” üz-üzə gələcək.

“Karvan-Yevlax” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları 18 apreldə, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” matçları isə 19 apreldə keçiriləcək.

Azərbaycan Premyer Liqası, 28-ci tur
17 aprel

Избранный
9
publika.az

1Источники