RU

Netanyahu: “Atəşkəsdən sonra İsrail ordusu Cənubi Livanda qalacaq”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Baş nazir ABŞ Prezidentinin tələbi ilə atəşkəsin gecəyarısı başlayacağını açıqlayıb

İsrail Baş naziri Benyamin Netanyahu İsrail təhlükəsizlik kabinetinin telefonla qoşulduğu təcili iclasında İsrail Müdafiə Qüvvələrinin 17 aprel saat 00:00-da (Bakı vaxtı ilə saat 11:00) atəşkəs başladıqdan sonra Livanın cənubundakı mövqelərində qalacağını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Bildirilib ki, bir neçə kabinet üzvünün bu barədə müraciətinə baxmayaraq, nazirlər arasında səsvermə keçirilməyib. Netanyahu rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın tələbi ilə atəşkəsin "gecəyarısı başlayacağını" açıqlayıb.

Portalın Baş nazirin sözlərinə istinadən verdiyi məlumata görə, ordu Livanın cənubundakı "mövqelərində qalacaq".

Bir İsrail rəsmisi daha sonra portala ordunun "Livanın dərinliklərindəki mövqelərində qalacağını" və "yayılan təhdidlərə qarşı dərhal hərəkətə keçəcəyini" təsdiqləyib. O əlavə edib ki, "əgər Livan hökuməti növbəti 10 gün ərzində “Hizbullah”ı məhv etmək üçün əməli addımlar atmasa, İsrail bunu atəşkəsin bitməsindən dərhal sonra güc yolu ilə edəcək".

Portalın məlumatına görə, Baş nazir təcili təhlükəsizlik kabineti iclası çağırıb və nazirlərə iclas başlamazdan beş dəqiqə əvvəl məlumat verilib.

“Ynet”in məlumatına görə, nazirlər ABŞ Prezidentinin açıqlamasından atəşkəs barədə xəbər tutduqda qəzəbləniblər.

Portalın məlumatına görə, Netanyahu nazirlərə Livanda atəşkəs barədə razılığa gəlindiyini bildirib, lakin onlar bu addımı təsdiqləməzdən əvvəl baş verdiyi üçün çaşqınlıqlarını bildiriblər. Buna cavab olaraq Baş nazir qeyd edib ki, "Tramp İsraillə sıx koordinasiyada hərəkət edir və İsrail onunla əməkdaşlıq edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
ayna.az

1Источники