RU

Bir ailədən iki şəhid - baba və nəvə

Şəhid ailəsi Vətən fədaisinin əmanətidir. Ölkəmizdə ona qayğı, böyük ehtiram tükənməzdir. Qusarda da şəhid ailəsinə xüsusi diqqət var.

Elə bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri David İbramxəlilov və ictimaiyyət nümayəndələri  Zindanmuruq kəndində şəhid ailəsini ziyarət ediblər. Görüş zamanı şəhid Xeyirbala Eyvazovun həyat yoldaşı Səhərnaz Eyvazova və ailənin digər üzvləri ilə səmimi söhbət aparılıb, ailənin qayğı və problemləri öyrənilib.

Şəhid Xeyirbala Eyvazov 1988-ci ildə Ermənistanda baş vermiş  zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım etmək üçün göndərilən İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Onun nəvəsi Ruslan Cəfərov isə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Görüş zamanı rayonda şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad olunduğu  bir daha   vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunub. Ziyarətçilər Zindanmuruq kənd tam orta məktəbində də olublar. Təhsil müəssisəsində yaradılmış şərait, tədris prosesinin təşkili və məktəbin ümumi fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. RİH-in başçısı təhsil müəssisəsində tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, universitetlərə qəbul göstəriciləri, məktəbin maddi-texniki təminatı, istilik sisteminin vəziyyəti ilə maraqlanıb. Görüşdə şagirdlərin bilik və bacarıqlarının artırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və keyfiyyətli təhsilin təmin edilməsinin vacibliyi qeyd edilib.

Akif ƏLİYEV,

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники