RU

Kubadan ABŞ-yə yeni təkliflər -Trampa məktub GÖNDƏRİLDİ

Kubadan ABŞ Prezidenti Donald Trampa rəsmi məktubun daxil olduğu bildirilir.

Redaktor.az bu haqda xarici mətbuata istinadla məlumat verir.

Məlumata görə, məktub diplomatik qaydalara uyğun hazırlanıb və rəsmi möhürlə təsdiqlənib.

Məktubda iki ölkə arasında münasibətlərin yenidən qurulması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya imkanlarının artırılması təklif olunur. Eyni zamanda, mövcud sanksiyaların yumşaldılmasının vacibliyi vurğulanır.

Bununla yanaşı, müraciətdə təhlükəsizlik məsələlərinə də toxunulduğu qeyd edilir. Bildirilir ki, regionda gərginliyin artması fonunda tərəflər arasında birbaşa dialoqun qurulması zəruri hesab olunur.

Məktubun ABŞ administrasiyası tərəfindən necə qarşılanacağı və rəsmi cavabın verilib-verilməyəcəyi hələlik məlum deyil.

Aytəkin TOFİQQIZI

Избранный
23
redaktor.az

1Источники