RU

ABŞ Suriyadan səssizcə ayrılır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında inteqrasiya prosesi davam edərkən, ölkədəki ABŞ mövcudluğu gündən-günə azalır.

Bizimyol.info xəbər verir ki, ABŞ ordusu dünən Suriyadakı son hərbi bazası olan Həsəkədəki Kasrek Hava Bazasından çıxıb və bölgə Şamın nəzarətinə keçib. ABŞ əsgərləri Ürdünə keçərkən, Suriya Müdafiə Nazirliyi açıqlama verərək: “Suriya ordusu birlikləri, beynəlxalq koalisiya qüvvələrinin çıxmasından sonra Həsəkə kəndindəki Kasrek Hava Bazasına nəzarəti ələ keçirdi”, - deyə bildirib.

ABŞ qüvvələrinin çıxmasından sonra SDQ-ya bağlı qrupların bazadakı bəzi texnikaları yandırdığı bildirilsə də, SDQ mənbələri Kasrek Bazasının Suriya ordusunun 60-cı diviziyasının inteqrasiya prosesi tamamlandıqdan sonra SDQ-nin tərkibindən ibarət olacağını iddia edir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники