RU

CBS: ABŞ kəşfiyyatı Çinin İrana qabaqcıl radarlar verməyi nəzərdən keçirdiyini öyrənib...

Vaşinqton hesab edir ki, söhbət İranın hava hücumundan müdafiə imkanlarını gücləndirə biləcək X-diapazonlu radiolokasiya sistemlərindən gedir...

Poliqon xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb. ABŞ rəsmilərinin telekanala bildirdiyinə görə, Amerika kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemləri tədarük etmək imkanını nəzərdən keçirdiyi qənaətinə gəlib. Məlumata əsasən, söhbət alçaqdan uçan pilotsuz uçuş aparatlarını və qanadlı raketləri daha effektiv izləyə bilən X-diapazonlu radar sistemlərindən gedir. 

Qeyd olunur ki, belə sistemlərin mümkün tədarükü Tehran üçün hava hücumundan müdafiə infrastrukturunun daha etibarlı qorunmasına şərait yarada bilər. CBS News-un həmsöhbətlərinin sözlərinə görə, bu radarlar İranın HHM obyektlərini yüksək texnologiyalı zərbələrdən müdafiə etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərdi. Hələlik avadanlığın faktiki olaraq İrana verilib-verilmədiyi dəqiq deyil, lakin belə bir variantın müzakirə olunmasının özü Vaşinqtonda ciddi narahatlıq doğurub. 

ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı açıqlama verərək Çin sədri Si Cinpinə məktub göndərdiyini və ondan İrana hərbi yardım göstərməməyi xahiş etdiyini bildirib. Reuters-in məlumatına görə, Tramp Si Cinpinin cavabında Pekinin Tehrana silah vermədiyini söylədiyini də açıqlayıb. Çin isə bu mövzuda yayılan məlumatları tamamilə uydurma adlandırıb.

Bununla yanaşı, Financial Times yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ bazalarına yönəlmə üçün Çin şirkəti Earth Eye Co.-dan gizli şəkildə alınmış kəşfiyyat peykindən artıq istifadə edir. Bu iddia təsdiqlənərsə, Çin-İran hərbi-texniki əməkdaşlığının təkcə hava hücumundan müdafiə sahəsində deyil, kosmik kəşfiyyat və hədəfləmə imkanlarında da dərinləşdiyini göstərə bilər. Belə bir mənzərə isə Yaxın Şərqdə qüvvələr balansına və ABŞ-nin regiondakı hərbi mövcudluğuna birbaşa təsir edən yeni risklər yaradır. 

Poliqon.info

Избранный
24
20
poliqon.info

10Источники