RU

Dünyada uşaq sahibi olmaq istəyi niyə azalır? ŞƏRH

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Son illərdə dünyada uşaq sahibi olmaq istəyən insanların sayı getdikcə azalır. Bunun əsas səbəblərindən biri insanların dünyanı əvvəlkindən daha güvənsiz hesab etmələridir”.

Gununsesi.info bildirir ki, bunu psixoloq Fuad Əsədov deyib:

“Gələcək on il haqqında düşünərkən bir çox insan daha pessimist yanaşmaya meyillidir. Ekoloji problemlər, müharibələr, iqtisadi və sosial krizislər kimi amillər insanların gələcəyə olan inamını zəiflədir və nəticədə bu cür qeyri-müəyyən bir dünyaya uşaq gətirmək istəyi azalır.

Bu isə özlüyündə ciddi sosial və demoqrafik problemlər yaradır. Ən başlıcası, cəmiyyətlərdə əhalinin yaşlanması prosesi sürətlənir və gənc nəslə olan ehtiyac lazımi səviyyədə qarşılanmır. Bu vəziyyət əmək bazarına, sosial təminat sistemlərinə və ümumi iqtisadi inkişafa mənfi təsir göstərir”.

Onun fikrincə son dövrlərdə insanlar arasında dünyanın tarixinin ən pis dövrünün yaşandığına dair bir inanc formalaşmağa başlayıb:

“Lakin bu fikir tam olaraq reallığı əks etdirmir. Tarixə nəzər saldıqda, dünya müharibələri, böyük iqtisadi böhranlar, vəba epidemiyaları, səlib yürüşləri, cadugər ovları və geniş miqyaslı insan itkiləri ilə yadda qalan qaranlıq dövrlərin artıq geridə qaldığını görürük. 18-ci, 19-cu və 20-ci əsrlər heç də 21-ci əsrdən daha yaxşı deyildi, əksinə, bir çox hallarda daha ağır və təhlükəli olmuşdur.

Bu səbəbdən, mövcud vəziyyəti qiymətləndirərkən ifrat və ya uc nöqtələrdə düşünməkdən çəkinmək vacibdir”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
3
icma.az

4Источники