RU

ABŞ Avropaya silah tədarükünü təxirə salacaq

ABŞ öz hərbi ehtiyaclarını prioritet təmin etmək zərurəti ilə əlaqədar silah tədarükündə yarana biləcəyik gecikmələr barədə tərəfdaşlarına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, gecikmələr eyni vaxtda bir neçə Avropa ölkəsinə, o cümlədən Baltikyanı və Skandinaviya dövlətlərinə təsir edəcək. Agentliyin məlumatına görə, silahların bir hissəsi Avropa dövlətləri tərəfindən "Foreign Military Sales" proqramı çərçivəsində alınıb, lakin indiyədək çatdırılmayıb.

Aprelin 15-də ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Ukraynaya Amerika silahlarının birbaşa tədarükünün dayandırılması hazırkı ABŞ administrasiyasının əsas nailiyyətlərindən biridir.

Избранный
58
publika.az

1Источники