RU

Məşhur futbolçunun canlı yayımda başı partladı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İtaliya millisinin sabiq futbolçusu Paolo di Kanio canlı yayımda başını masaya vuraraq partladıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay "Sky Sports İtaly"nin Çempionlar Liqasının 1/4 final oyunlarının nəticəsinin müzakirəsi zamanı baş verib.

Qonaq qismində verilişə qatılan di Kanionun aparıcı Federika Mazolinlə sözləri çəp gəlib. Əsəbindən başını bir neçə dəfə masaya çırpan sabiq futbolçunun alnından qan açılıb. Qonaq qismində studiyada olan digər məşhur - məşqçi Fabio Kapello ona salfet verərək sakitləşdirib.

Qeyd edək ki, insident yayımın gedişinə təsir göstərməyib və efir davam edib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
525.az

1Источники