RU

Məşhur otel bağlanır KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dubayın dünyaca məşhur “Burj Al Arab” oteli 1999-cu ildə açıldığı gündən bəri ilk dəfə müvəqqəti olaraq bağlanır.

KONKRET.az xəbər verir ki, bina irimiqyaslı təmir səbəbilə fəaliyyətini dayandırır. Otelin rəhbərliyi təmir layihəsinin Parisdə yaşayan interyer dizayneri Tristan Auer tərəfindən həyata keçiriləcəyini bildirib.

Bəyanatda qeyd olunub ki, rezervasiya edən qonaqlara təmir müddətində yaxınlıqdakı digər otellərdə yerləşmə təklif ediləcək.

Qeyd edək ki, İranın hücumlarından sonra binaya zərər dəyib. Lakin otel rəhbərliyi təmirin əvvəlcədən planlaşdırıldığını, İranın hücumu ilə əlaqəli olmadığını irəli sürüb.//Mətbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
4
konkret.az

5Источники