RU

Quşların kosmosla əlaqəsi üzə çıxdı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq bioloq və mühəndis qrupu quşların öz bədənlərini soyutmaq üçün istilik enerjisini lələkləri vasitəsilə birbaşa kosmosa ötürə bildiyini müəyyən edib. "Integrative Organismal Biology" jurnalında dərc olunan araşdırma heyvanların Yer kürəsinin kosmosla istilik mübadiləsində necə iştirak etdiyinə dair yeni faktları üzə çıxarıb.Demokrat.az xəbər verir ki, quş lələkləri təkcə soyuqdan və ya istidən qorunmaq üçün deyil, həm də artıq istiliyi atmosferin hüdudlarından kənara "atmaq" üçün təkamül edib. Alimlər qarğa, bayquş və bildirçin kimi beş müxtəlif quş növünün muzey nümunələrini spektrometrlərlə analiz edərək onların enerjini necə udduğunu və əks etdirdiyini öyrəniblər.Tədqiqatın nəticələrinə görə, isti bölgələrdə və açıq ərazilərdə yaşayan quşlar infraqırmızı diapazonda istiliyi daha yaxşı şüalandırırlar. İnfraqırmızı şüalar atmosferi keçərək kosmosa gedə bildiyi üçün bu mexanizm quşlara günəş altında həddindən artıq qızmadan xilas olmağa imkan verir. Məsələn, çöl bildirçinləri günəşin birbaşa təsirinə daha çox məruz qaldıqları üçün bu "soyutma" sistemindən daha aktiv istifadə edirlər.Maraqlıdır ki, müxtəlif növlər fərqli strategiyalar tətbiq edir. Gecə quşu olan bayquşlar ümumiyyətlə radiasiyanı daha az udur, qarğalar isə tünd rəngli olmalarına baxmayaraq, istiliyi lələkləri arasında elə paylayırlar ki, onu effektiv şəkildə kənarlaşdıra bilsinlər.Bu kəşf təkcə biologiya üçün deyil, həm də mühəndislik sahəsi üçün böyük əhəmiyyət kəsb edir. Alimlər hesab edirlər ki, təbiətdəki bu soyutma mexanizmi gələcəkdə enerji sərf etmədən istiliyi kənarlaşdıran yeni nəsil materialların yaradılmasına kömək edə bilər.Yəni, quşlar bədənlərindəki artıq istiliyi lələkləri vasitəsilə görünməz şüalar şəklində birbaşa kosmosa göndərərək özlərini sərinlədirlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
demokrat.az

1Источники