RU

“Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq” “Baku Sportinq”in baş məşqçisi

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

“Baku Sportinq” bu gün 1-ci liqanın 22-ci turunda “Şəfa”nı qəbul edəcək.Bilindiyi kimi, 40 xalı olan meydan sahibləri 2-ci, 48 xala malik qonaqlar 1-ci pillədədi. Buzovna təmsilçisi qələbə qazanmaqla çempionluq yarışından qopmamağa, “Şəfa” liderliyini möhkəmləndirməklə rəqabəti bitirməyə çalışacaq.Bəs, “Baku Sportinq” belə çətin oyuna hazırdımı?Bu sualla komandanın baş məşqçisi Röyal Nəcəfova müraciət etdik. “Onun “Football-plus.az”a cavabı:

“Bizi çox maraqlı oyun gözləyir. Matç həm də 3-cü və 4-cü pillələrdə olan komandaların diqqətində olacaq. Oyuna çox yaxşı hazırlaşmışıq. Bilirik ki, qələbə qazansaq, azı ikinci sıradakı yerimizi möhkəmləndirəcəyik. Qalan turlarda isə çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Komanda duelə istər fiziki, psixoloji, istərsə də taktiki cəhətdən hazırdı. Düzdü, uduzsaq, yerimizi itirə bilərik. Yenə də oyunçuların üzərində təzyiq yoxdu. Xeyrimizə olan nəticəni qazanmağa çalışacağıq. Onsuz da bizim üçün hər matç final oyunudu. Əlbəttə, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bu gün hər kollektivin öz hədəfi var. Odu ki, üç xal qazanmaq bizim üçün çox önəmlidi. Hər halda, futbolda hər şey ola bilər. Uduzsaq, qarşıdakı oyunlarda mövqeyimizə qayıtmaq üçün döyüşəcəyik. Onsuz da qalan qarşılaşmalar rahat olacaq”.

Oyun saat 16.00-da başlayacaq.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
icma.az

2Источники