RU

Supermarketdə QANLI CİNAYƏT: Ölən və yaralanan var

Lyubertsidə naməlum şəxs supermarketdə insanları bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Lyubertsi şəhərindəki supermarketlərin birində dəhşətli cinayət hadisəsi baş verib. Hadisə təxminən dörd saat əvvəl qeydə alınıb.

Naməlum şəxs 40 yaşlı qadına və 37 yaşlı kişiyə hücum edərək onlara bıçaq xəsarətləri yetirib.

Məlumata görə, döş qəfəsindən ağır yaralanan qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər yaralı – 37 yaşlı kişi isə qarın və döş qəfəsinin bıçaq yaraları, habelə əllərindəki kəsilmiş yaralarla xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
44
interpress.az

1Источники