RU

Vəsiqəsi əlindən alınan qadın sürücü bu dəfə sərxoş tutuldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sürücülük hüququndan məhrum edilmiş şəxs təkrarən sükan arxasında sərxoş halda saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Xanti-Mansiysk Muxtar Dairəsinin regional bölməsindən məlumat verilib.

"Bunlar səhər qazır, axşam da asfalt vurur" - Ona görə də ... - Elməddin Muradlı

Bildirilib ki, Yuqra şəhərində 40 yaşlı qadın, sürücü idarə etdiyi avtomobillə yolun əks istiqamətinə çıxaraq hərəkət edib və ağırtonnajlı "Kamaz" markalı yük avtomobili ilə toqquşma təhlükəsi yaradıb. Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman sürücünün sərxoş olduğu müəyyən edilib. Tibbi müayinə nəticəsində nəfəs aparatındakı etil spirtinin konsentrasiyası 1,12 promil təşkil edib.

Araşdırma zamanı məlum olub ki, sözügedən şəxs 2025-ci ilin noyabr ayında sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün məhkəmə qərarı ilə 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
avtosfer.az

1Источники