Bakı, 16 aprel, AZƏRTAC
Papaya qarşı heç bir etirazım yoxdur.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qardaşı Luis belə onun tərəfdarıdır. "Mən onunla konflikt etmirəm. Papa bəyanat verdi. O deyir ki, İran nüvə silahına sahib ola bilər. Mən deyirəm ki, İran nüvə silahına sahib ola bilməz. Papa ilə razılaşmamaq hüququm var”,- deyə Tramp Roma Papası ilə mübahisə etməsinin səbəbləri ilə bağlı suala cavabında deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton