RU

Tramp İranla növbəti ikili sülh danışıqlarının bu həftəsonu baş tuta biləcəyini açıqlayıb

Bakı, 16 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla növbəti ikili sülh danışıqlarının bu həftəsonu baş tuta biləcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. O həmçinin ABŞ blokadası səbəbindən İranın heç bir iş görə bilmədiyini deyib.

"Onların Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə avadanlıqları, heç nəyi yoxdur. Liderləri də daxil olmaqla hər şey yoxa çıxıb”, - deyə Tramp bildirib.

 

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
51
7
azertag.az

8Источники