Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Niklas Füllkruq yayda komandasını yenə dəyişəcək."Football-plus.az" xəbər verir ki, “Milan” rəhbərliyi “Vest Hem”dən icarəyə götürdüyü futbolçunun gələcəyi ilə bağlı qərar qəbul edib. İnsayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu müqavilədə göstərilən 5 milyon avroluq satınalma bəndini aktivləşdirməmək qərarına gəlib. 33 yaşlı hücumçu icarə müddəti başa çatdıqdan sonra İngiltərə klubuna qayıdacaq. Onun “Vest Hem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.Niklas bu mövsüm A seriyasında meydana çıxdığı 16 oyunda 1 qol vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.