Ajans.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 31 yaşlı Nigar Adilova beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə gətirilib. Qeyd edək ki, N.Adilova 2015-ci ildən ADNSU-da fəaliyyətə başlayıb. O, 2017-2023-cü illərdə ADNSU ilə Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq çərçivəsində yaradılmış MBA proqramında tyutor və tədris texnologiyaları üzrə mütəxəssis kimi çalışıb.