RU

Xalqa "Müharibəyə hazır olun" təlimatını verdi

ABŞ Kubaya hücum edə bilər. Metbuat.az xəbər verir ki, Kuba prezidenti Migel Diaz-Kanel belə açıqlama verib. Havanada çıxış edən ölkə lideri ABŞ-nin Kubayahərbi hücumunun mümkün olduğunu bildirib. O, Kuba xalqını mümkün işğala hazır olmağa çağırıb. O, "Biz müharibə istəmirik, amma vəzifəmiz müharibənin qarşısını almağa və qaçılmaz olarsa, onu qazanmaqdır. Əmin olun ki, Kuba qalib gələcək bir dövlətdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan sonra növbəti hədəfin Kuba ola biləcəyini bəyan etmişdi. Bundan əvvəl, Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrin bütün mallarına tarif tətbiq edib.

Избранный
27
metbuat.az

1Источники