RU

Füzulidə marketdə nöqsanlar aşkarlandı

Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən Oqtay Seymur oğlu Kərimliyə məxsus “Mandarin” marketdə yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə satış sahəsinin divar və tavan səthlərinin təmirli olmadığı, işçilərin soyunub-geyinməsi üçün otağın, əllərin yuyulması üçün əlyuma çanağının və təmizlik vasitələrinin saxlanması üçün ayrıca sahənin təşkil edilmədiyi, mexaniki və avtonom havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Избранный
7
1
hafta.az

2Источники