RU

İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər

Bakı, 16 aprel, AZƏRTAC

İtaliyanın Baş naziri Ciorcia Meloni aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts ilə görüşəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, görüşdə Hörmüz boğazında azad gəmiçiliyin təmin olunmasına yönəlmiş mümkün Avropa missiyası müzakirə olunacaq.

Qəzetin yazdığına görə, Meloninin Parisdə keçiriləcək görüşdə iştirak etməsinə ABŞ Prezidenti Donald Trampla yaranmış gərginlik təsir edib.

Tramp Melonini və digər Avropa ölkələrinin liderlərini İranla müharibədə kömək göstərmək niyyətlərinin olmamasında ittiham edib. Qəzet iddia edir ki, bununla yanaşı, İtaliya hakimiyyəti Ağ Evin rəhbəri ilə tezliklə telefon danışığının baş tutacağını gözləyir.

Meloni Roma Papası XIV Leo barədə Trampın tənqidi fikirlərini qəbuledilməz adlandırdıqdan sonra ABŞ Prezidenti onun barəsində məyus olduğunu və kömək etmək istəmədiyini bildirib. O, həmçinin Meloni ilə bağlı yanıldığını və münasibətlərin əvvəlki kimi olmayacağını qeyd edib.

Bundan əvvəl Baş nazir Trampı açıq şəkildə tənqid etməkdən çəkinirdi.

Избранный
31
4
azertag.az

6Источники