RU

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələyib

Moskva, 16 aprel, AZƏRTAC

Rusiyanın Orenburq vilayətində şübhəlinin saxlanılması zamanı baş verən atışma nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə Novotroitsk yaxınlığındakı Akkermanovka qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan şəxsi saxlamağa cəhd göstərərkən, o, polis əməkdaşlarına atəş açıb.

Bildirilib ki, atışma nəticəsində bir polis əməkdaşı həyatını itirib, daha üç nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Mənbələrin məlumatına görə, atəş açan şəxs 52 yaşlı Sergey Basalayev olub. Onun avtomat silahla silahlandığı və xüsusi təhlükə yaratdığı ehtimal olunur. Hücumdan sonra o, ağ kabinli “QAZon” markalı yük avtomobili ilə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları regionda xüsusi ələkeçirmə planının icrasını həyata keçirirlər, şübhəlinin axtarışı davam edir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Избранный
25
5
azertag.az

6Источники