RU

Vüqar Əhməddən kövrək şeir

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün şair, professor Vüqar Əhmədin doğum günüdür.

Gununsesi.info  63 yaşı olan şairin yeni şeirini təqdim edir:

“BALALARIN XƏTRİNƏ…”

Hərdən oldu haqsızlığa göz yumdum,

Acı sözü, hər zəhəri mən uddum,

Dinc oturub şər-böhtandan gen durdum,

Balaların, balaların xətrinə…

Vaxt var idi cəngavərdim, qəhrəman,

Od-alovdum, qorxubilməz bir insan.

Dostlar deyir: -Gəl danışma, sən “Quran”,

Balaların, balaların xətrinə…

Dərdi, qəmi vücuduma yayıram.

Gücüm yoxdur, qəmi qəlbdən ayıram.

Yerdə qalan günlərimi sayıram,

Balaların, balaların xətrinə…

Əskik olmur dualarım dilimdən,

Pislik gəlmir, vallah, mənim əlimdən,

Möhlət istər ömrüm qəfil ölümdən,

Balaların, balaların xətrinə…

Qələmimlə mehr saldım zəhmətə,

Hey çəkildim kədərimlə xəlvətə.

Allah qıyma bəndən Vüqar Əhmədə,

Balaların, balaların xətrinə…

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
icma.az

1Источники