Ajans.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib. Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir. 20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (APA)