RU

Azərbaycan pomidoru 45 milyon dollardan çox qazanc gətirib

Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında xarici bazarlara 35 min 67,51 ton pomidor ixrac edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Azreform.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracın həcmində azalma müşahidə olunsa da, dəyər ifadəsində artım qeydə alınıb. Belə ki, hesabat dövründə pomidor ixracından əldə olunan gəlir 1,2 faiz artaraq 45 milyon 89,89 min ABŞ dolları təşkil edib.

Cari ilin ilk üç ayında pomidorun Azərbaycanın ümumi ixracındakı payı 0,83 faiz olub. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında bu göstərici 0,7 faiz səviyyəsində idi.

Избранный
11
3
azreform.info

4Источники