RU

Bu qərar balığın qiymətinə təsir göstərir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib. Qərara əsasən, "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri", eləcə də "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması" təsdiq edilib. Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bu qərar balığın qiymətində özünü göstərəcək:“Çünki su obyektlərindən istifadə üçün ödənişlərin tətbiqi balıq yetişdirən təsərrüfatların əsas xərclərindən birini artırır. Süni göllərdə balıq yetişdirilməsi suya birbaşa bağlı fəaliyyət olduğuna görə, bu sahədə hər hansı əlavə ödəniş dərhal maya dəyərinə təsir edir. Maya dəyəri artdıqca isə bazarda qiymətlərin artması demək olar ki, qaçılmazdır. Qərarın qəbulundan sonra bazarda balığın qiymətində artım müşahidə olunacaq. Ancaq bu artımın səviyyəsi birdən-birə kəskin olmaya bilər. Çünki bazarda alıcılıq qabiliyyəti də nəzərə alınır. Yerli istehsal bahalaşdıqca idxal olunan balıqlara maraq arta bilər. Bütün hallarda bu qərar balığın qiymətinə təsir göstərir.  Balıq bazarı yalnız istehsal xərcləri ilə deyil, mövsümi tələb və təklif balansı ilə də formalaşır. Yəni bəzi dövrlərdə qiymət artımı daha çox hiss oluna bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
demokrat.az

1Источники