Bakı. Trend:
14-16 aprel tarixlərində Cenevrə şəhərində keçirilən ÜƏMT-ninİnformasiya və kommunikasiya texnologiyaları (İKT) Liderlik Dialoqu(WILD) çərçivəsində “Əqli mülkiyyət idarələri üçün İKT yetkinlikindeksi” mövzusuna həsr olunmuş yekun panel iclası keçirilmişdir.İclasda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyininİdarə Heyətinin sədri Kamran İmanov onlayn formatda iştirak vəçıxış edib.
Bu barədə Trend-ə ƏqliMülkiyyət Agentliyindən məlumat verilib.
Kamran İmanov çıxışının əvvəlində Ümumdünya Əqli MülkiyyətTəşkilatına (ÜƏMT) belə aktual mövzunun müzakirəsi üçün yaradılanplatformaya görə təşəkkürünü bildirib, İKT yetkinliyinin müasirdövrdə əqli mülkiyyət idarələrinin səmərəliliyinin vədayanıqlığının əsas göstəricilərindən birinə çevrildiyinivurğulayıb.
Qeyd edib ki, 2014-cü ildə Prezident İlham Əliyev "AzərbaycanRespublikasında informasiya cəmiyyətinin inkişafına dair2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsihaqqında sərəncam imzalayıb. K.İmanov 2025-ci ildə Prezident İlhamƏliyevin “Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” və“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellektStrategiyası” təsdiqlədiyini xüsusilə vurğulayıb.
İKT yetkinliyinin yalnız texnoloji səviyyə ilə məhdudlaşmadığınıdiqqətə çatdıran Agentliyin sədri bildirmişdir ki, bu, həm dərəqəmsal transformasiyanın dərinliyi, proseslərinavtomatlaşdırılması, rəqəmsal xidmətlərin inkişaf səviyyəsi vəkibertəhlükəsizlik kimi mühüm komponentləri əhatə edir.
K.İmanov Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçiriləninstitusional islahatlar barədə panel iştirakçılarına geniş məlumatverib. Bildirilib ki, 2018-ci ildə yaradılmış Əqli MülkiyyətAgentliyi daha çevik və şəffaf idarəetmə modelininformalaşdırılmasına, müxtəlif əqli mülkiyyət istiqamətlərinin vahidplatformada birləşdirilməsinə və rəqəmsal xidmətlərin inkişafınageniş imkanlar yaradıb.
Agentliyin sədri həmçinin ölkədə informasiya cəmiyyətinininkişafı, rəqəmsal transformasiya və süni intellekt üzrə qəbulolunmuş strateji sənədlərin əqli mülkiyyət sahəsinin inkişafındamühüm rol oynadığını qeyd edib.
Agentlikdə tətbiq edilən rəqəmsal həllər barədə məlumat verən K.İmanov Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) elektronsistemi vasitəsilə sənədlərin onlayn qəbulu, “vahid pəncərə”prinsipi, açıq reyestrlər, 3D formatda müraciət imkanı və elektronhökumət platformaları ilə inteqrasiya kimi innovativ yanaşmalarıdiqqətə çatdırıb.
Bununla yanaşı, müəllif hüquqları sahəsində rəqəmsallaşma, açıqməlumat bazalarının yaradılması, süni intellekt əsaslı həllərintətbiqi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyatakeçirilən layihələr haqqında məlumat verilib.
Çıxışının sonunda Kamran İmanov vurğulamışdır ki, bu cürbeynəlxalq platformalarda təcrübə mübadiləsi rəqəmsal həllərintəkmilləşdirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına vəmilli əqli mülkiyyət sistemlərinin daha da gücləndirilməsinə mühümtöhfə verir.
K.İmanovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqladinlənilmiş ve alqışlarla qarşılanıb.