RU

Sabirabadda içərisində 20-dək şagird olan mikroavtobus aşdı - VİDEO

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
16
17
unikal.az

10Источники