RU

İrana qarşı blokadanı pozan gəmilər vurulacaq

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ Ordusu mülki gəmilərin İrana qarşı dəniz blokadasını pozmasının qarşısını almaq üçün onlara güc tətbiq etməyə hazırdır”.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Den Keyn mətbuat konfransında bildirib.

“Blokadanı pozmağa cəhd edən istənilən gəmi dənizçilərimizi ona qarşı güc tətbiq etməyə və zərurət yarandıqda ələ keçirməyə yönəlmiş əvvəlcədən planlaşdırılmış taktiki addımlara sövq edəcək. Bura xəbərdarlıq atəşləri və digər addımlar da daxil olmaqla bir sıra eskalasiya tədbirləri daxil olacaq”, - o deyib.

Den Keyn əlavə edib ki, ABŞ ordusu belə hallara qarşı tədbir görməzdən əvvəl xəbərdarlıq edir. “İndiyə qədər 13 gəmi geri dönmək barədə ağıllı qərar verib”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
avtosfer.az

3Источники