RU

SDQ nin nəzarətindəki bütün ərazilər Suriya hökumətinə təhvil verildi

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Suriyanın şimal-şərqindəki ərazilər üzərində nəzarətin hökumətə verilməsinin tamamlanması “Suriya Demokratik Qüvvələri”nin (SDQ) dövlət strukturlarına uğurlu inteqrasiyasını və Dəməşqin terrorizmlə mübarizə və regional təhdidlərə qarşı tam məsuliyyət götürdüyünü göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatına bildirilib.

Bəyanata görə, ABŞ-nin Suriyadakı hərbi missiyasını dayandırmaq qərarı dəyişən şəraitlə bağlıdır.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu gün Suriya dövləti beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində daxildə terrorizmə qarşı mübarizə səylərinə rəhbərlik etmək iqtidarındadır:

“Ölkənin şimal-şərqində əvvəllər SDQ-nin nəzarəti altında olan ərazilərin təhvil verilməsinin başa çatması SDQ-nin dövlət strukturlarına uğurlu inteqrasiyasını və Suriya dövlətinin terrorizmlə mübarizə və regional təhdidlərə qarşı mübarizə üçün tam məsuliyyəti üzərinə götürdüyünü əks etdirir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
sherg.az

2Источники