RU

Artıq xərclərin qarşısını almağın 5 asan yolu

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hədsiz istehlak vərdişlərinin artdığı müasir dövrdə büdcəni qorumaq və ehtiyacdan artıq məhsul almamaq getdikcə çətinləşir.Bizim.Media bildirir ki, psixoloji tələlərə düşmədən daha şüurlu alış-veriş etmək üçün bir neçə effektiv üsul mövcuddur.Siyahı hazırlayın: Mağazaya getməzdən əvvəl mütləq ehtiyaclarınızın siyahısını tutun.Siyahıdan kənara çıxmamaq sizi impulsiv qərarlardan və artıq xərclərdən qoruyacaq.Nağd ödənişə üstünlük verin: Kredit kartları xərclənən məbləğin real hissini azaldır. Nağd puldan istifadə etdikdə isə büdcənizə daha yaxşı nəzarət edə bilərsiniz."30 gün" qaydasını tətbiq edin: Bahalı və qeyri-vacib bir şey almaq istədikdə 30 gün gözləyin.Bu müddətin sonunda həmin məhsula hələ də ehtiyacınız olduğunu düşünürsünüzsə, o zaman alın.Endirim tələsinə düşməyin: "Endirimdədir" deyə ehtiyacınız olmayan məhsulu almaq əslində qənaət deyil, əlavə xərcdir. Yalnız həqiqətən ehtiyac duyduğunuz məhsullar endirimdə olduqda faydalanın.Ackən alış-veriş etməyin: Araşdırmalar göstərir ki, aclıq hissi insanı nəinki qida, həm də digər kateqoriyalardan olan məhsulları daha çox almağa sövq edir.Qeyd: Şüurlu alış-veriş həm maliyyə vəziyyətinizə müsbət təsir edir, həm də evinizdə gərəksiz əşyaların yığılmasının qarşısını alır. (Pravda.az)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
bizim.media

4Источники