RU

Azərbaycanın strateji kursu qlobal müstəvidə sabitlik və etimad modelinə çevrilib ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Dünyanın geosiyasi mənzərəsinin sürətlə dəyişdiyi və mürəkkəb xarakter aldığı bir dövrdə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün milli maraqlara söykənən müstəqil xarici siyasətini yeni keyfiyyət mərhələsinə yüksəldib. Ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri artıq, sadəcə iştirakçı deyil, həm də strateji prosesləri yönləndirən və təhlükəsizlik arxitekturasına töhfə verən aktor kimi xarakterizə olunur. Bu uğurların təməlində dayanan əsas amil isə illərdir yürüdülən ardıcıl, praqmatik və hər bir addımı dəqiqliklə hesablanmış dövlət siyasətidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, müasir beynəlxalq geosiyasi vəziyyət müxtəlif bölgələrdə qeyri-sabitlik və qarşıdurmalarla müşayiət olunsa da, Azərbaycan balanslı diplomatik gedişləri ilə öz suverenliyini qətiyyətlə qorumaqdadır. Ölkəmizin xarici siyasət strategiyası təhdidləri öncədən neytrallaşdırmaq və bölgədə sülhün davamlılığını təmin etmək üzərində qurulub. Təsadüfi deyil ki, Azərbaycan bu gün beynəlxalq aləmdə “sözü imzası qədər keçərli olan” ən etibarlı tərəfdaşlardan biri kimi qəbul edilir. İstər Avropanın enerji təhlükəsizliyində oynadığımız həlledici rol, istərsə də logistika və yaşıl enerji sahəsindəki qlobal təşəbbüslərimiz ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən fundamental amillərdəndir.

“Dövlətimizin başçısının regional əməkdaşlıq çərçivəsində, xüsusilə qonşu Gürcüstana səfərləri zamanı ifadə etdiyi fikirlər iqtisadi bağların sülh üçün nə dərəcədə həlledici olduğunu bir daha göstərdi. Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları yalnız iqtisadi divident deyil, həm də regionun təhlükəsizlik çətirini formalaşdırır. Azərbaycanın nümayiş etdirdiyi bu prinsipial və müstəqil siyasi xətt hazırda qlobal gərginliklərdən çıxış yolu axtaran bir çox dövlətlər üçün ən optimal inkişaf və sabitlik nümunəsidir”, - deyə Afət Həsənova vurğulayıb.

Избранный
27
azertag.az

1Источники