RU

Cozef Aun Netanyahuya yox dedi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı Livanın “LBCI” portalına istinadən məlumat yayıb.

Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu bugünkü telefon danışığı zamanı məlumatlandırıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp iki lider arasında telefon danışığının aparılmasına hazırlıq getdiyini bəyan etmişdi. İsrail və Livanın müxtəlif media orqanları bu məlumatı təsdiqləyir və ya təkzib edirdi.(“Report”)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
globalinfo.az

9Источники