RU

Alimlər beynin sağlamlığını qoruyan ən yaxşı pəhrizi açıqladı

Alimlər müəyyən ediblər ki, MIND pəhrizi yaşlı dövrdə beynin sağlamlığını qorumağa və yaddaş itkisini yavaşlatmağa kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

MIND pəhrizi Aralıq dənizi və DASH qidalanma prinsiplərinin birləşməsindən ibarətdir. Rasiona tərəvəzlər, giləmeyvələr, qoz-fındıq, tam taxıllar, balıq, quş əti və zeytun yağı daxildir, eyni zamanda qırmızı ət, şirniyyat və qızardılmış qidalar məhdudlaşdırılır.

Framingham Heart Study çərçivəsində aparılan təhlillər göstərib ki, 60 yaşdan yuxarı şəxslər bu pəhrizə əməl etdikdə beyində yaddaş və qərarvermə ilə bağlı olan boz maddə daha yaxşı qorunur və beynin ümumi həcminin azalması yavaşlayır.

Araşdırmalar həmçinin göstərir ki, Aralıq dənizi tipli qidalanma demensiya və digər koqnitiv pozuntular riskini 15–22 faiz azalda bilər.

Alimlər qeyd edirlər ki, xüsusilə giləmeyvələr və quş əti beynin strukturunun qorunması ilə daha güclü əlaqə göstərir. Eyni zamanda, balanslı qidalanmanın fiziki aktivlik və sağlam həyat tərzi ilə birlikdə təsir etdiyi vurğulanır.

NURİYYƏ

Избранный
27
1
redaktor.az

2Источники