Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı start götürüb. Bu gün keçirilən görüşlərdə yarımfinala kimi uğurla çıxış edən idmançılarımız finala vəsiqə qazana bilməyiblər. 3-cü yer uğrunda mübarizə aparan Əhməd Yusifov (60 kq) komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək nüfuzlu qitə turnirinin bürünc medalını qazanıb.
Bundan əvvəl isə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova üçüncü yer uğrunda görüşdə Laura Martinesə (İspaniya) uduzub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ