RU

ABŞ İrana göstərilən yardımların qarşısını alacağınıBİLDİRDİ

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib ki, dəniz blokadası çərçivəsində İrana hər hansı maddi yardım göstərməyə çalışan bütün gəmilərin fəaliyyəti dayandırılacaq.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Onun sözlərinə görə, ABŞ-nin həyata keçirdiyi tədbirlər Hörmüz boğazının deyil, məhz İranın limanları və sahil xətti üzrə blokadanı nəzərdə tutur. Əməliyyatlar həm İranın ərazi sularında, həm də beynəlxalq sularda aparılacaq.

General qeyd edib ki, ABŞ və müttəfiq qüvvələr yalnız İran bayrağı altında üzən gəmiləri deyil, həm də İrana maddi dəstək göstərməyə çalışan digər gəmiləri də izləyəcək və onlara qarşı tədbirlər görəcək. Buraya İran neftini daşıyan “kölgə donanması”na aid gəmilər də daxildir.

NURİYYƏ

Избранный
11
1
redaktor.az

2Источники