RU

Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...

Poliqon xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid R.M. təqsirləndirilən Gündüz Abbasovu tanıdığını bildirib. O deyib ki, Gündüz Abbasova 45 min dollar verib. Onun sözlərinə görə, həmin vəsaitdən ona da pul çatmalı imiş.

Dövlət ittihamçısı bildirib ki, şahidin ifadəsində bəzi ziddiyyətlər var.

İş üzrə zərərçəkmiş kimi tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, iş üzrə ibtidai istintaqda dindirilən bir qrup şəxs məhkəməyə gəlməyib. DİM nümayəndəsi məhkəmədən xahiş edib ki, həmin şəxslər də məhkəməyə dəvət olunsun və dindirilsin.

Hakim vəsatətə növbəti prosesdə baxılacağını vurğulayıb.

Proses aprelin 30-da davam etdiriləcək.

Poliqon.info

Избранный
31
poliqon.info

1Источники