RU

NAYDA: Pəzməri yolunda təhlükəsizlik qısa zamanda tam bərpa olunacaq VİDEO

Naxçıvan, 16 aprel, AZƏRTAC

Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Pəzməri kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində, yolun 24-cü kilometrliyində iri daş və qaya parçaları yolun hərəkət hissəsinə tökülərək nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin (NAYDA) əməkdaşı Əli İbrahimbəyli bildirib.

O deyib ki, hadisə baş verəndən dərhal sonra NAYDA-nın müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində iri qaya parçaları texnika vasitəsilə parçalanaraq ərazidən kənarlaşdırılıb və yolun bir hissəsində hərəkət bərpa olunub. Digər hissəsinin açılması istiqamətində işlər davam etdirilir.

"Qısa zamanda yolda təhlükəsizlik tam bərpa olunacaq", - deyə o əlavə edib.

Müxbir - Nail Əsgərov

Избранный
1
1
azertag.az

2Источники