RU

Mbappenin ÇL-də etdiyini nə Ronaldu edə bilib, nə də Messi - Rekord reallaşdı

"Real Madrid"in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında rekorda imza atıb.

Fanat.Az xəbər verrir ki, fransalı forvard buna Almaniyada "Bayern Münhen"ə 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

Mbappe ÇL-də bir mövsüm ərzində səfərdə 10 qol vurmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.

Kilian həm də cari mövsüm turnirdəki qollarının sayını 15-ə çatdırıb və Lionel Messini geridə qoyub. Leo 2011/2012 "futbol ili"ndə 14 dəfə rəqib qapılarına yol tapıb.

ÇL-dəki rekord isə Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə "Real"ın heyətində 17 dəfə adını tabloya yazdırıb.

Toğrul

Избранный
6
1
fanat.az

2Источники