RU

Ərdoğan Matviyenko ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Missiya.Az xəbər verir ki, görüş Prezident Ofisində baş tutub.

Bildirilib ki, görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran da iştirak edib.

Qeyd edək ki, Matviyenko İstanbulda keçirilən Parlamentlərarası Birliyin 152-ci Assambleyası çərçivəsində iştirak etmək üçün Türkiyədə səfərdədir.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники