Fanat saytına istinadən ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda məğlub etdiyi (1:0) "Sportinq" ilə bu gecə Londonda qolsuz bərabərliyə razılaşaraq yarımfinala yüksələn "Arsenal"ın baş məşqçisi Mikel Arteta fikirlərini bölüşüb:
Fanat.Az "TNT Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis belə danışıb:
"Bu, inanılmaz dərəcədə önəmli andır. Çempionlar Liqasının dörd ən güclü komandası arasında olmaq böyük işdir. Əla axşam oldu. Azarkeşlərimizə görə şadam. Biz bu klubda 140 il ərzində atılmayan addımları (ÇL-də atdıcıl 2 yarımfinalı nəzərdə tutur - red.) atırıq".
Qeyd edək ki, "Arsenal" yarımfinalda "Atletiko Madrid"lə üz-üzə gələcək.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.