RU

İranın xarici işlər naziri Çin və Yaponiya XİN başçıları ilə danışıb

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçi Çinin xarici işlər naziri Van İ və Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə regiondakı son hadisələri müzakirə edib.

Məlumatı “Anadolu” verib. 

İran dövlət televiziyasının məlumatına görə, Arağçi Vanq İ və Toşimitsu Motegi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Çinli həmkarı ilə söhbət zamanı Əraqçi ABŞ ilə atəşkəsdən sonrakı vəziyyəti qiymətləndirib və Vaşinqtonun Fars körfəzi və Hörmüz boğazındakı təxribatçı siyasəti və hərəkətlərinin təhlükəli nəticələrə səbəb ola, regiondakı vəziyyəti daha da mürəkkəbləşdirəcəyini bildirib.

İranlı nazir həmçinin Çin və Rusiyaya təqdim olunmuş qətnamə layihəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında “məsuliyyətli mövqeyinə” görə minnətdarlığını bildirib və qeyd edib ki, belə bir yanaşma gərginliyin artmasının qarşısını almağa kömək edir.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
xalqqazeti.az

2Источники