RU

Alimlər TƏSDİQLƏDİ: Televizorunuz hər 15 saniyədən bir ekran görüntüsü alır – FOTO

Alimlər sübut ediblər ki, Smart TV-lər bizi izləyir. 

İnterpress.az xəbər verir ki, bu barədə tədqiqatçı alimlər məlumat yayıb.

Müasir texnologiyaların gündəlik həyatımıza daxil olması yeni təhlükələri də özü ilə gətirir.

Alimlər “Samsung” və “LG” televizorlarının istifadəçiləri mütəmadi olaraq izlədiyini sübut ediblər. Məlum olub ki, “Samsung” təxminən hər 60 saniyədən bir, “LG” isə hər 15 saniyədən bir ekranın skrinşotunu çəkir.

Bu proses “ACR” (Avtomatik Məzmunun Tanınması) texnologiyası vasitəsilə həyata keçirilir. Televizor nəyə baxıldığını müəyyən etmək üçün ekran görüntülərinin fraqmentlərini birbaşa serverə göndərir.

Üstəlik, bu texnologiya HDMI vasitəsilə qoşulmuş noutbuklar, oyun konsolları və TV-pristavkalardakı məlumatları da qeydə alır.

Qeyd etmək lazımdır ki, bu funksiya televizorların ilkin quraşdırılması zamanı avtomatik olaraq aktivləşdirilir.

Bütün bu tədbirlər istifadəçilərin maraq dairəsini öyrənmək və reklam məqsədilə istifadə etmək üçün görülür.

Məsələn, “Vizio” şirkəti bir il ərzində reklam və məlumat satışından təxminən 598 milyon dollar (təxminən 1 016 600 000 manat) gəlir əldə edib ki, bu da televizor satışından qazanılan məbləği üstələyir.

“LG”-nin bu sahədəki illik gəliri isə artıq 700 milyon dollara (təxminən 1 190 000 000 manat) yaxınlaşır.

Mütəxəssislər istifadəçilərə televizorun parametrlərində “Automatic Content Recognition” və ya “Smart TV Tracking” bəndlərini taparaq bu funksiyanı söndürməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники