RU

Yüzlərlə dron və raketlə Ukraynaya daha bir hücum edib

Rusiya son 24 saat ərzində yüzlərlə hava hədəfi - dron və raketlərlə Ukraynaya hücum edib. Hücumlar zamanı 26 obyektə zərbələr endirilib, bir neçə şəhərdə ölüm və yaralanma faktları qeydə alınıb. Ən böyük ziyan isə Kiyev, Dnepr və Odessa şəhərlərinə vurulub.

AZƏRTAC Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir ki, ölkə ərazisində 703 hava hədəfi (44 raket, 659 dron) qeydə alınıb, onlardan 667-si məhv edilib.

Kiyevdə dörd ölüm (bir uşaq da daxil olmaqla), 58 yaralanma faktı qeydə alınıb. Onlarla yaşayış binası və mülki obyektə ziyan dəyib, ən böyük dağıntılar isə Podolsk və Obolon rayonlarında baş verib.

Dnepr və Dnepropetrovsk bölgəsində üç ölüm və 34 yaralanma faktı qeydə alınıb, şəhər daxilində dağıntılar baş verib, həmçinin mülki şəxslər yaralanıb, onların bəzilərinin vəziyyəti ağırdır.

Odessada azı səkkiz ölüm və 16 yaralanma faktı qeydə alınıb; mənzillərə və infrastruktura ciddi ziyan dəyib, yanğınlar baş verib və evlər dağılıb. Xarkovda isə iki nəfər yaralanıb. Burada bir neçə məhəlləyə, evlərə, avtomobillərə və qaz xətlərinə ziyan dəyib.

Избранный
12
azerbaijan-news.az

1Источники