RU

Naxçıvanda Vasif Talıbovun kadrı vəzifəyə təyin edildi

Naxçıvanda Vasif Talıbovun kadrı vəzifəyə təyin edildi

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

"Report"un məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

AFN.az xəbər verir ki, B.İsmayılov Naxçıvanda Vasif Talıbovun kadrı kimi tanınıb. V.Talıbov vəzifədən gedəndən sonra o, Muxtar Respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Bəxtiyar İsmayılov bu vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən 2018-ci ildə təyin edilmişdi.

O, həmçinin Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəhbərlik edib.

Избранный
10
10
afn.az

10Источники