RU

Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyətlidir"

"Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyət daşıyır.

"Far.Az"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

A. Overçuk nəqliyyat əməkdaşlığını iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi qiymətləndirib.

"Avrasiyada nəqliyyat əlaqələrinin gücləndirilməsi, xüsusilə ‘Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq prioritet istiqamət olaraq qalır. Hazırda bu marşrut üzrə yeni əlavə dəyər zəncirləri formalaşır. Dəhlizin qərb marşrutunun inkişafı və əvvəl əldə olunmuş razılaşmaların icrası isə xüsusi diqqət mərkəzində saxlanılır", – deyə o qeyd edib.

Избранный
3
far.az

1Источники