RU

Yeni doğulan uşağa ad verilməsi ilə bağlı qaydalar dəyişdi

Bakı. Trend:

Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailəəlaqələrini saxlamaq hüququnu qoruyacaq.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Uşaqhüquqları haqqında" Qanunda öz əksini tapıb.

Yeni Qanuna əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraqveriləcək.

Qüvvədən düşən qanunvericiliyə əsasən, uşağa ad valideynlərininqarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluqorqanlarının razılığı və ya göstərişi əsasında verilirdi. Qəyyumluqorqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanlarınqərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxiledilirdi.

Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədarhəmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemivasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemindən əldə edilirdi. Beləsənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldəedilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçininrazılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçitərəfindən təmin edilirdi.

Ailə Məcəlləsinin tələbləri

Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ataadı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərinrazılığı ilə verilir, ata adı atasının adına görə verilir.

Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı iləmüəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqdauşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadıverilir.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıqolmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanıtərəfindən həll olunur.

Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ataadı Ailə Məcəlləsinə uyğun olaraq uşağın atası kimi qeydə alınanşəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.

Избранный
11
11
az.trend.az

10Источники