RU

Emin Ağalarov lüks villasını nümayiş etdirdi - VİDEO

Xalq artisti Emin Ağalarov lüks villasından paylaşım edib.

Musavat.com xəbər verir ki, ifaçı evindən olan görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.

O, video çəkilişi zamanı mənzilinin daxilində yerləşən hovuza kostyumda tullanaraq diqqət çəkib.

Videoda evin interyeri də diqqətdən yayınmayıb. Belə ki, divarlardan biri müğənninin son 20 ildə çıxardığı albomlarla bəzədilib. Emin bildirib ki, babasından ona yadigar qalan albomları da qoruyub saxlayır. Həmin albomlardan biri 1986-cı ildə dünyaşöhrətli bəstəkar və müğənni Müslüm Maqomayev tərəfindən Eminin babası İosifə və nənəsi Tamara üçün xüsusi olaraq imzalanıb.

İfaçı həmçinin şəxsi kolleksiyasına daxil olan gitaraları da nümayiş etdirib.

Daha sonra Emin övladlarının otaqlarını da izləyicilərə göstərib. O, oğulları Əli və Mikayılın, qızları Əminə və Afinanın oyun otaqları barədə qısa məlumat verib.

Könül
Musavat.com

Избранный
1
4
musavat.com

5Источники